Qurban bayramının namazı Azan və İqamə oxunmadan niyyətlə başlayır.
Qurban bayramı namazı iki rükət qılınır. Birinci rükətdə "Həmd" (Fatihə) və surədən sonra beş təkbir (Allahu Əkbər) deyilir və hər təkbirdən sonra bir qunut tutulur.
Beşinci qunutdan sonra yenidən təkbir deyilib ruku və ikinci səcdə yerinə yetirilir. İkinci rükətdə isə "Həmd" və surədən sonra dörd təkbir deyilir və hər birinin arasında qunut tutulur.
Sonuncu qunutdan sonra təkbir deyilib birinci rükətdə olduğu kimi, rüku və iki səcdə yerinə yetirilir. Yaxşı olar ki, Qurban namazı ucadan və üstüaçıq yerdə qılınsın.
Birinci və ikinci Rükətdə "Həmd" surəsindən sonra istənilən surəni oxumaq olar. Amma yaxşı olar ki, birinci rükətdə "Həmd" surəsindən sonra "Şəms", ikinci rükətdə isə "Əla" surəsi oxunsun.
Qurban bayramı namazı Zülhiccə ayının onuncu günü qılınır. Yaxşı olar ki, bayram namazı gün üfüqdən qalxdıqdan sonra qılınsın. Niyyət istənilən dildə edilə bilər.
Qurban bayramı namazının qunuqtunda istənilən duanı oxumaq olar (doğma ana dilində olsa belə). Amma bu dua oxunarsa, daha yaxşı olar.
Qunut
(Allahummə əhləl kibriyayi vəl əzəmə və əhləl cudi və-cəbərut və əhləl əfvi vər-rəhmə və əhlət-təqva və məğfirə. Əsəlukə bihəqqi hazəl yəumi əlləzi cəəltəhu lilmusliminə ida Və İl Muhəmmədin səllallahu ələyhi və alih zuxrən və şərəfən mə kəramətən və məzida.
Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd. Və ən tudxiləni fi kulli xəyrin ədxəltə fihi Muhəmmədə və ali Muhəmməd. Və ən tuxricəni min kuli suin əxrəctə minhu muhəmmədən və ali Muhəmməd. Sələvatukə ələyhi və alih.
Allahummə inni əsəlukə xəyrə ma səələkə bihi ibadukəl muxləsun və əuzu bikə mimmastəfzu minhu ibadukəl muxləsun.)-Ləm yəlid vəl əm yuləd və ləmyəkulləhu kufuvən əhəd.
Qunutun tərcüməsi
(Ey böyeklüyə və əzəmətə layiq olan Allah! Ey böyükluyə və bəxşişə layiq olan Allah! Ey güzəşt və mehribanlığa layiq olan Allah! Ey bağışlanmağa və günahların üstünü örtməyə layiq olan Allah! Müsəlmanlara bayram qərər verdiyin bu günün xatirinə ki, Muhəmmdəd və onun ailəsinə şərəf və böyüklük nəsib etdin. Muhəmməd və Onun ailəsinə salam və salavat göndər.
Məni Muhəmməd və onun ailəsini daxil etdiyin hər bir xeyrə daxil et və məni Muhəmməd və onun ailəsini çıxardığın bütün pisliklıərdən çıxar. Ona və ailəsinə rəhmətin olsun.Allahım, tam ciddiyyətlə Sənə layiq olan bəndələrinin istədiklərini Səndən diləyirəm. Və Sənə layiq olan bəndələrin pənah gətirdiklərindən Sənə pənah gətirirəm).
Qurban bayramı və fitr bayramı namazları eyni qaydada qılınır. Fərq yalnız onların niyyətindədir. Yaxşı olar ki, hər iki namaz uca səslə qılınsın.
Qurban bayramı gecəsi məğrib və işa namazlarından sonra, habelə bayram günü sübh namazından sonra yaxşı olar ki, bu zikrlər oxunsun:
(Allahu əkbər, Allahu əkbər, la ilahə illəllah vallahu əkbər və lillahi həmd, Allahu əkbər əla ma hədana)- (Allah böyükdür, Allah böyükdür, Allahdan başqa Allah yoxdur, Allah böyükdür, bizi hidayət edən Allaha şükürlər olsun. Allah böyükdür!).
Bayram namazı zöhr namazına qədər qılınmalıdır, qılınmadıqda qəzasını yerinə yetirmək vacib deyil.
Qurban kəsərkən oxunan dua.
وَجَّهْتُ وَجْهِیَ لِلَّذی فَطَرَ السَّمواتِ وَ الاَْرْضَ، حَنیفاً مُسْلِماً وَ ما أنَا
مِنَ الْمُشْرِکینَ، إنَّ صَلاتی وَ نُسُکی وَ مَحْیایَ وَ مَماتی لِلّهِ رَبِّ
شَریکَ لَهُ، وَ بِذلِکَ أُمِرْتُ وَ أَنَا مِنَ الْمُسْلِمینَ. اَللّهُمَّ مِنْکَ
بِسْمِ اللّهِ وَاللّهُ اَکْبَرُ. اَللّهُمَّ تَقَبَّلْ مِنّی
Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbandan (niyyətdən asılı olaraq) bir hissə pay göndərilir, digər hissələr isə ehtiyac sahiblərinə paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.
Hicri təqvimdə Qurban bayramı Zilhiccə ayının onuncu gününə təsadüf edir və dörd gün davam edir. Beynəlxalq Qriqori təqvimində tarixlər ildən-ilə dəyişir və hər il təxminən 11 gün əvvəl dəyişir.
Qurban bayramı ən qədim bayramlardandır. Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu.
Hicrinin (Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə köçməsinin) ikinci ilindən sonra dini qurban kəsmənin İslam aləmində başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, dindarlıq, xeyriyyəçilik, başqalarına kömək etmək kimi əlamətlərə yiyələndi.[1]
Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır. Belə ki, Allah İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların Allaha imanını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi Allahın əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır.Allaha qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca Allah bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.
Çox sevdiyi balasını Allah yolunda qurban verməyə hazır olması peyğəmbərin Allah qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar Allahı sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda Allahı da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!